top of page
TOVUZ.İNFO
Ümumi məlumat
Tovuz rayonu öz flora və faunası ilə doğrudan da digər rayonlardan fərqlənir. Ən azı ona görə ki, rayon tamamilə dağlar qoynunda yerləşir. Hər bir yanı silsilə dağlar, caylar və meşələrlə əhatə edilmiş bir rayonun təbiəti artıq öz-özlüyündə füsunkar olmalıdır. Üstəgəl havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban, qonaqpərvər insanları...
Çayları
Tovuz rayonunun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal-şərq yamacından mənbəyini götürür və sağdan Kür çayına qovuşur. Rayonun ərazisindən axan çaylar Tovuz, Axınca, Zəyəm və Əsrikdir. Rayonun şimal hissəsində Kür çayı keçir. Bu çay Ceyrançöl alçaq dağlığını Gəncə-Qazax düzündən ayırır. Rayonun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal-şərq yamacında yüksək və orta dağlıq silsilələrindən başlanğıcını götürməklə rayonun böyük çayları hesab olunur və təsərrüfatda geniş istifadə olunur...
İqlimi
Tovuzda avanın orta illik temperaturu 8-13 C, yanvarda 1-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400-700 mm-dir. Küləyin orta illik surəti 3,4 m/san-dır.
bottom of page