TOVUZ.İNFO
Rayon haqqında
Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunmuşdur. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1903 kv km, 01.07.2012-ci il tarixə əhalisi 163.6 min nəfərdir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.
Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.
Rayon ərazisində 235 idarə və müəssisə, 9 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 76174 nəfər, o cümlədən onların 45266 nəfəri kənd təsərrüfatında, 7745 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5767 nəfəri ticarət və içtimai iaşədə, 5836 nəfəri tikintidə, 3240 nəfəri nəqliyyat və rabitədə, 2632 nəfəri səhiyyədə və sosial təminatda, 1670 nəfəri idarəetmə orqanlarında, 1170 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1572 nəfəri sənayedə, 1276 nəfəri digər sahələrdə çalışır.

Təhsil
Tovuzda XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılıb. İlk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi (realnı) kimi fəaliyyətə başlayıb.
1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəsübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur. Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılıb.
Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun, Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar.
Hazırda rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 65-i orta, 17-si əsas, 3-ü ibtidai məktəblərdir. Rayonda 39 məktəbəqədər və 5 mətkəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. 39 məktəbəqədər uşaq müəssisələrinə 2375 nəfər uşaq, 5 məktəbdənkənar uşaq müəssisəslərin isə 6180 nəfər şagird cəlb edilmişdir.
Rayonun ümumtəhsil mətkəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 4112 nəfər müəllim məşğul olur. Onların 3783 nəfəri ali, 26 nəfəri natamam ali, 303 nəfəri isə orta ixtisas təhsillidir.
Tovuzda 132 nəfər işçisi olan Peşə Liseyi və 78 nəfər işçisi olan Dövlət Sosial İqtisad Kolleci fəaliyyət göstərir. Bir neçə il öncəyədək rayonun Qovlar qəsəbəsində Azərbaycan Yeyinti Sənayesi İnstitutu fəaliyyət göstərib.
A.S Puşkin adına Tovuz şəhər orta məktəbi 100 ildən artiq fəaliyyəti dövründə, eləcə də rayonun digər məktəbləri Azərbaycan elmi üçün 80-dən artıq elmlər doktoru-professor, 150-dən çox elmlər namizədi yetişdirib.