top of page

Ümumi iqtisadi məlumat

Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon üzrə sənaye müəssisələrinin sayı 45 ədəd, onlardan fəaliyyət göstərir 21 ədəd.

2007-ci ildə məhsul buraxılışı və xidmətlərin həcmi 8875,9 min manat olub. 2007-ci ildə sənaye müəssisələri və fizik işəxslər tərəfindən 1760.3 ton çörək, 2833,4 ton un, 578.9 ton kəpək, 32,9 ton yarma, 47,4 min dal araq, 26,2 min dal şərab,70,2 min dal konyak məhsulu, 185,0 ton şəkər, 8.2 min dal mineral süfrə suyu, 884 ton beton məmulatı, 432,0 ton gəj, 7507,0 ton çınqıl və qum, 30 min cücə, 260 ədəd çarpayı, 10,0 min ədəd qəzet istehsal olunub.

Tovuzda istifadəyə verilən yeni asfalt zavodunda 8 saata 500 ton məhsulun istehsal olunması nəzərdə tutulub. Tovuz çayından götürülən xammal əsasında hazırlanan məhsul hələlik yalnız rayon ərazisindəki yolların təmiri üçün istifadə olunur.

Digər sənaye sahələri ilə bərabər Tovuz rayonunda qismən də olsa yüngül sənaye və toxuculuq sənayesi də fəaliyyət göstərməkdədir. Tovuz rayonunun mərkəzində fəaliyyət göstərən yüngül sənaye müəssisəsində onlarla insanlar işlə təmin edilib.

bottom of page