top of page

Millət vəkili Olimpiada iştirakçıları ilə görüşüb

Milli Məclis deputatı Qənirə Paşayeva Tovuzda 9, 10 və 11-ci siniflər arasında Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya və biologiya fənnləri üzrə keçirilən rayon olimpiadasının iştirakçıları ilə görüşüb.SalamNews xəbər verir ki, Nəsrəddin Tusi adına məktəbdə keçirilən olimpiada başa çatdıqdan sonra gənclərlə görüşən Qənirə Paşayeva bildirib ki, bu cür olimpiadalar təhsilin inkişafına öz müsbət təsirini göstərir, şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə təkan verir.Qənirə Paşayeva orta məktəbdə yaxşı oxuyan şagirdlərin təhsili, problemlərlə də maraqlanıb və onlarla geniş fikir mübadiləsi aparıb. Gənclərlə bir-bir görüşən deputat onlara müəyyən tövsiyyələrini də verib və müəllimlərlə də geniş söhbət edib.Görüşün sonunda deputat bütün olimpiada iştirakçılarına özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və rayon olimpiadasında yaxşı nəticələr göstərərək Pespublika olimpiadasında iştirak edəcək gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.

13.01.2015

Please reload

bottom of page